Antiterror əməliyyatında nə qədər erməni əsgəri ölüb?

22-09-2023, 17:00           
Antiterror əməliyyatında nə qədər erməni əsgəri ölüb?
Xankəndidə yaradılan işçi qrup 19-20 sentyabr tarixlərində aparılmış antiterror tədbirləri zamanı ölən erməni hərbçilərinin dəfn mərasimlərinin təşkilinə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qeyd edilir ki, işçi qrup hazırda ölən və yaralananlarım şəxsiyyətini, sayını müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, Qarabağ ermənilərinin nümayəndələri indiyədək Azərbaycanın antiterror tədbirləri zamanı ölən və yaralanan separatçıların sayı ilə bağlı müxtəlif rəqəmlər səsələndiriblər. Ölənlərin gah 200, gah da 400 olduğu iddia edilib. Hələ ki, dəqiq rəqəm söylənilməyib.

Hazırda Rusiya sülhməramlılarının antiterror əməliyyatı zamanı ölən erməni hərbçilərinin cəsədlərini topladığı bildirilir. Yalnız bundan sonra düşmənin itkisinin dəqiq sayı mümkün olacaq.

Paşinyan hökumətinə müxalif oaln erməni fəallar bu rəqəmin 500-700 arasında dəyişdiyini iddia edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.