Onkoloq qalxanabənzər vəzi xəstəliyinin ilk əlamətlərini açıqlayıb

23-09-2023, 13:34           
Onkoloq qalxanabənzər vəzi xəstəliyinin ilk əlamətlərini açıqlayıb
Bu orqanın disfunksiyası hormonların həddindən artıq ifrazında (tireotoksikoz) və onların çatışmazlığında (hipotireoz) özünü göstərə bilər.

Bu barədə Rusiyalı endokrinoloq, onkoloq, cərrah Viktor Makaryin məlumat verib.

Birinci halda, qalxanabənzər vəzlə bağlı problemin simptomları arasında narahatlıq, tərləmə, stressə qarşı davamlılığın azalması (pilləkənlə bir neçə pillə qalxdıqdan sonra nəfəs darlığı) və əhvalın qəfil dəyişməsi ola bilər.

Hipotireoz zamanı insan halsız, zəif olur, daim apatiya və yuxusuzluqdan əziyyət çəkir. Bu zaman insanın üzündə şişlik və artıq çəki problemləri yarana bilər (maksimum iki kiloqram).
“Qeyd olunan bu simptomlardan hər hansı biri həkimə müraciət etmək üçün səbəbdir”, - deyə Makaryin bildirib.

Hormon çatışmazlığı zamanı mütəxəssislər qalxanabənzər vəzinin funksiyasını tənzimləyən əvəzedici terapiya tövsiyə edirlər.

Mənbə: medzdrav.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru