Nersisyan “Laçın” postundan belə keçib – Özü açıqladı

15-10-2023, 10:14           
Nersisyan “Laçın” postundan belə keçib – Özü açıqladı
Teref.az Axar.az-a istinadən bildirir ki, Nersisyan erməni mediasına müsahibəsində Ermənistana gedənlər arasında ilklərdən olduğunu dolayısı ilə təsdiqləyib.

O bildirib ki, Azərbaycan sərhədçiləri onu dərhal tanıyıblar və saxlayıblar. Lakin uzunmüddətli danışıqlardan və rus sülhməramlıların xahişindən sonra onun sərbəst buraxılması barədə qərar qəbul ounub.

O, Ermənistana keçəndən sonra səssiz qalması və gözə dəyməməsinin səbəbinə də aydınlıq gətirib. Bildirib ki, o, sərhəddən keçəndə hələ Qarabağdakı separatçı dəstənin rəhbərləri Xankəndidə imiş, ona görə də İrəvanda olduğu haqda səs-küy yaradıb, digərlərinin sərhədi keçməsinə əngəl olmaq istəməyib.

Nersisyan "bundan sonra nə edəcəksiniz" sualına cavab olaraq ixtisasca hüquqşünas olduğunu deyib: "Öz ixtisasıma uyğun iş tapıb işləyəcəyəm".

Qeyd edək ki, Qurgen Nersisyan azərbaycanlılara qarşı cinayətlərdə iştirak etməyib və o, Azərbaycan Baş Prokurorluğunun axtarış elan etdiyi şəxslər siyahısında da yoxdur. Ona görə onun sərbəst buraxılması qeyri-adi deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru