Ekologiya Nazirliiyində yoxlama - rəis işdən çıxarıldı

16-10-2023, 11:47           
Ekologiya Nazirliiyində yoxlama - rəis işdən çıxarıldı
Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi Ekologiya və Sərvətlər Nazirliyinin Milli Hidrometreologiya Xidmətində aprel ayında dövlət büdcəsinə nəzarətlə bağlı yoxlamalara başlamışdı. Xidmətin maliyyə, satınalma, marketinq, təsərrüfat kimi struktur bölmələrində ciddi şəkildə yoxlamalar aparılıb.

Teref.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi yeni məlumatlara görə, 3 ay müddətinədək uzadılan yoxlamalar artıq bir neçə aydır, başa çatıb.

Yoxlamaların aparıldığı maliyyə, satınalma, marketinq, təsərrüfat kimi struktur bölmələri Xidmətin rəis müavini Natiq Hətəmovun kurasiyasında olub. Bildirilir ki, Natiq Hətəmov hazırda rəis müavini vəzifəsindən azad edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru