Bu məhsullar bahalaşdı

17-10-2023, 08:13           
Bu məhsullar bahalaşdı
Bəzi məhsullar bahalaşıb, bəzi malların isə qiyməti enib.

Teref.az Pravda.az-a istinadən xəbər verir ki, bununla bağlı rəqəmlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin nəticəsində müəyyən edilib.

Monitorinqlərə əsasən, ötən ilin oktyabr ayı ilə müqayisədə şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğanın qiymətində artımlar müşahidə edilib.

Dövlət Xidmətinin məlumatında bildirilib ki, çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsağın qiymətində isə enmə müşahidə olunub.

Dövlət Xidmətinin məlumatında o da bildirilir ki, bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru