Diyetoloq yolüstü içilən qəhvənin ziyanından danışıb

17-10-2023, 12:34           
Diyetoloq yolüstü içilən qəhvənin ziyanından danışıb
Rusiyalı diyetoloq İrina Mansurova yolüstü alınıb içilən qəhvələrin insana ziyanından danışıb.

Həkimin sözlərinə görə, əsas təhlükə qəhvənin özündə deyil, töküldüyü qabdadır. Bu stəkan hazırlanarkən polipropilen, polietilen və polietilen tereftalatdan istifadə edilə bilər. Nəzərə almaq lazımdır ki, onlar orqanizmə daxil olanda daxili orqanlarda toplanır. Bu, maddələr mübadiləsinin yavaşlaması, həmçinin müəyyən xəstəliklərin inkişafı, o cümlədən endokrin sistemin pozulmasına səbəb olur.

Diyetoloq öz fincanlarınızdan qəhvə içməyi və ya təhlükəsiz materiallardan hazırlanmış birdəfəlik stəkanlardan istifadə etməyi məsləhət görür. Öz qabınızdan istifadə etmək mümkün deyilsə, paketli qəhvə içməkdən tamamilə imtina etmək daha yaxşıdır.
Mənbə: Rambler












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru