Ürək xəstələrinə səhər bu yeməklər olmaz

17-10-2023, 13:24           
Ürək xəstələrinə səhər bu yeməklər olmaz
Səhərlər ənənəvi olaraq, hazırlanan yeməklər ürək-damar problemləri olanlar üçün zərərlidir.

Teref.az medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux ürək xəstələri üçün uyğun olmayan səhər qidalarını açıqlayıb.

“Blinçik, qayğanaq, kolbasa, mürəbbə, içliki pirojki arterial təzyiqi olan insanlara olmaz. Bu qidalardsa yüksək xolesterin var, bu da damarların vəziyyətini daha da pisləşdirir.

İnfarkt və insult riskini azaltmaq üçün heyvani yağ, piy mənşəli qidaları, mağaza şirniyyatlarını və şirin içkiləri, qızartma yeməkləri və duzu azaltmaq lazımdır.

Ürək xəstələri səhərlər və gün boyu tam taxıl, lifli qidalar, toyuq əti, tərəvəz, alma, qoz, qarabaşaq, süd məhsulları və giləmeyvələr, faydalı sıyıqlar yeməlidir.

Məsələn, səhərlər bir qab tərəvəz, göyərti salatı, suda bişmiş yumurta, qara çörək, təbii yoqurt, sıyıq və adi çay yetərlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru