Xəstəxananı kim vurub? - İsrail ordusundan açıqlama

18-10-2023, 11:54           
Xəstəxananı kim vurub? -
“Bizim ixtiyarımızda olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” Qəzza zolağındakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri bildirib.

Xatırladaq ki, ötən gün Qəzza zolağında raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb. Hadisə nəticəsində azı 500 nəfərin öldüyü açıqlanıb.

Qeyd edək ki, Fələstinin “İslami Cihad” təşkilatı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Kanada kimi ölkələr tərəfindən terror qruplaşması kimi tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru