Tələbələrin sayına görə Azərbaycan MDB-də sonuncu yerdədir – Tam siyahı
18-10-2023, 14:27
Hər 10 min nəfərə düşən tələbə sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sıralarda yer alıb. Yeniavaz.com açıqlanan sonuncu rəsmi göstəricilərə istinadən bildirir ki, Azərbaycan hər 10 min nəfərə düşən tələbə sayı 211 olub. Bu, MDB ölkələri arasında ən aşağı göstərəci hesab edilir. Azərbaycan ali təhsil müəssisələrinin sayına görə də MDB-də sonuncu sıralarda yer alır. Dövlət Statistika Komitəsinin sonuncu məlumatına görə Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Ali təhsil müəssisələrinin sayı yalnız Belarus, Moldova və Tacikistanda Azərbaycanla müqayisədə daha az olub. MDB ölkələrində ali təhsil müəssisələri və tələbələrin sayı aşağıdakı kimi olub: Ölkələr Ali təhsil müəssisələrinin sayı Tələbələrin sayı Hər 10 min nəfərə düşən tələbə Qırğızıstan 60 230 000 355 Qazaxıstan 125 576 000 303 Rusiya 741 4 044 000 278 Belarus 50 255 000 276 Ermənistan 59 79 000 265 Ukrayna 386 1 047 000 254 Tacikistan 41 240 000 244 Özbəkistan 154 808 000 229 Moldova 24 60 000 229 Azərbaycan 51 212 000 211 Elnur Əli