Alimlərdən Kanada və ABŞ-nin əraziləri, həmçinin əhalisi ilə bağlı qorxunc proqnoz

13-12-2023, 17:54           
Alimlərdən Kanada və ABŞ-nin əraziləri, həmçinin əhalisi ilə bağlı qorxunc proqnoz
Kanada ərazisində əvvəllər məlum olmayan və Şimali Amerika qitəsində güclü sunamiyə səbəb ola biləcək çat aşkar edilib.

Bu barədə Fransanın Qrenobl-Alp Universitetinin alimləri xəbərdarlıq ediblər.

Britaniya Kolumbiyası əyalətinin ərazisindən keçən çatın uzunluğu təxminən 75 kilometrdir.

Alimlər bildiriblər ki, qırılma xəttinin keçdiyi ərazidə zəlzələ baş verərsə, bu Corciya boğazında müəyyən proseslərə gətirəcək, o da öz növbəsində Britaniya Kolumbiyası və qonşu ABŞ-nin Vaşinqton ştatında böyük ərazilərini su altında qoyacaq sunami ilə nəticələnə bilər.
Hadisələrin bu cür inkişafı ilə Vankuver və Sietl kimi böyük şəhərlər daşqın zonasında olacaq. Ümumilikdə, bir milyondan çox insan risk altında ola bilər.

Bununla əlaqədar tədqiqat müəlliflərindən Nik Harrihhauzen sözügedən ərazilərin sakinlərini mümkün zəlzələ və sunamiyə hazır olmağa, həmçinin qida, su, dərman və ilkin tələbat malları ehtiyatını hazırlamağa çağırıb.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru