Kadırovun 24 yaşlı qızı yüksək vəzifəyə təyin edildi

1-02-2024, 08:55           
Kadırovun 24 yaşlı qızı yüksək vəzifəyə təyin edildi
Çeçenistan rəhbərinin qızı 24 yaşlı Xədijat Kadırova respublika başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib.

Bu barədə regional parlamentin sədri Maqomed Daudov məlumat verib.

“Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaci Kadırovun nəvəsi, Çeçenistan Respublikasının başçısı və hökumətinin administrasiyasının rəhbərinin birinci müavini - Çeçenistan Respublikasının naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Xadijat Ramzanovna zəhmətkeşliyi, qətiyyəti və qarşıya qoyulan vəzifələrin həllinə məsuliyyətli münasibəti ilə seçilir”, - deyə o yazıb.
Xatırladaq ki, 2020-ci ildə Çeçenistan rəhbərinin qızı Qroznı meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri təyin edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru