Avtomobillərin utilizasiyası məcburidir? - AÇIQLAMA

1-02-2024, 19:08           
Avtomobillərin utilizasiyası məcburidir? - AÇIQLAMA
“Bəzi inkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburi xarakterlidir və vaxtında təhvil verilmədikdə cərimə tətbiq olunur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

“Ölkəmizdə isə nəqliyyat vasitələrinin utilizasiyası könüllüdür. Vətəndaşlar öz nəqliyyat vasitələrini utilizasiyaya təqdim etməklə yeni avtomobilin alınması zamanı güzəşt məbləği və ya birdəfəlik ödəniş əldə edə biləcəklər.

Utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yerli avtomobil bazarının stimullaşdırılması və avtomobil istahsalçısının dəstəklənməsi, habelə, yeni iş yerlərinin yaradılmasına töhfə verəcək”, - deyə o vurğulayıb.

Q. Həsənova qeyd edib ki, beynəlxalq təcrübədə bir çox ölkələrdə nəqliyyat vasitələrinin utilizasiyası tətbiq edilərək uğurlu nəticələr əldə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru