Bir neçəsini yemək kifayətdir

2-02-2024, 15:04           
Bir neçəsini yemək kifayətdir
Qəbizlik və şişkinlik kimi problemlər bağırsaq sağlamlığı üçün təhlükəlidir. Bu problem bədənimizin toksin və mikroblarla dolmasına, hətta zamanla bağırsaqlarımızın zədələnməsinə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, təkrarlanan qəbizlik ciddi problemdir. Ona görə də vaxt itirmədən həkimə müraciət etmək faydalıdır. Ancaq yediyimiz qidalardan asılı olaraq bəzi hallarda ara sıra qəbizlik yarana bilər. Bəzi qidalar var ki, dərmansız qəbizliyi aradan qaldırır. Qəbizliyin qarşısını almaq və ya müalicə etmək üçün qurudulmuş meyvələr və xüsusilə də quru gavalı qədim zamanlardan istifadə edilmişdir. Qara gavalı yüksək lif tərkibinə malikdir və bu həll olunmayan liflər sayəsində nəcisdə suyun miqdarını artırır, defekasiyanı asanlaşdırır. Difenilizatin adlanan tərkib hissəsi ona defekasiyanı artıran işlətmə xüsusiyyətini verməyə kömək edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.