Yuxusuzluqla mübarizə üçün gözlənilməz məhsul açıqlandı

2-02-2024, 18:34           
Yuxusuzluqla mübarizə üçün gözlənilməz məhsul açıqlandı
Yuxusuzluqla mübarizə üçün gecələr duza qoyulmuş kələm yemək məsləhətdir.

Bu barədə rusiyalı həkim reabilitoloq Serqey Aqpkin məlumat verib.

Onun sözlərinə görə, kələm turşusu dərin fermentasiya məhsulu olduğundan yuxusuzluqdan əziyyət çəkən insanlara kömək edə bilər.
“Demək olar ki, bütün dərin fermentləşdirilmiş məhsullar, o cümlədən duza qoyulmuş kələm, bağırsaq mikroflorası vasitəsilə beyində müsbət dəyişikliklərə səbəb olur. Beləliklə də insanların yuxusu yaxşılaşır və narahatlığı azalır. Ona görə şam yeməyində kələm turşusu yemək pis fikir deyil”, - deyə o vurğulayıb.

Mənbə: KP.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru