Jurnalistlər parlamentdəki Rusiya agentini ifşa etdi...-FOTO

3-02-2024, 00:13           
Jurnalistlər parlamentdəki Rusiya agentini ifşa etdi...-FOTO
Sergienko 2023-cü ilin iyulunda "AfD"-nin parlament fraksiyasının Ukraynaya silah tədarükünü dayandırmaq üçün Federal Konstitusiya Məhkəməsində iddia qaldırmasını təmin edib...

Ukrayna əsilli rusiyalı siyasi strateq Vladimir Sergienko alman siyasətçinin köməkçisi işləyir və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən(FTX-"FSB") tapşırıqlar ala bilərdi.

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Spiegel" və "Insider" nəşrlərinin birgə araşdırmasında bəhs edilir.

Jurnalistlər qeyd edirlər ki, Sergienko 1991-ci ildən Almaniyada yaşayır, 2022-ci ildən isə Almaniya vətəndaşlığına malikdir.

Araşdırmaçıların fikrincə, o, sadəcə Rusiya təbliğatçısı deyil, "FSB"-nin işə götürdüyü agent olub.

Sergienko “Almaniya üçün Alternativ”(AfD) fraksiyasının Qazaxıstan əsilli deputatı Oygen (Yevgeni) Şmidtin köməkçisidir, lakin o, Ukraynaya yardıma bu və ya digər şəkildə qarşı çıxan bir çox digər parlamentarilərlə də əməkdaşlıq edib.

Sergienko 2023-cü ilin iyulunda "AfD" parlament fraksiyasının Bundestaqın razılığı olmadan həyata keçirildiyi iddia edilən Ukraynaya silah tədarükünün dayandırılması üçün Federal Konstitusiya Məhkəməsində iddia qaldırmasını təmin edib.

Təhqiqatçılar bildiriblər ki, bu partiyanın deputatlarının bir çox çıxışlarını Sergienko hazırlayıb və o, onların mətnini "FSB"-nin kuratoru ilə razılaşdırıb.

Xüsusilə, Sergienko AŞPA-nın sessiyası zamanı Bundestaqın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü Harald Vayelə Kiyev hakimiyyətinin Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığı) camaatını açıq şəkildə təqib etdiyini bildirən çıxış yazıb. Bütün bu cür bəyanatlar dərhal Kreml mediası tərəfindən tirajlanır.

"Mətnləri koordinasiya edən eyni kurator Sergienkoya fəaliyyəti üçün pul da verib" deyə media yazır.

Agentin zəng etdiyi mobil nömrələrin meta-qeydlərinə əsasən, onların "FSB"-nin Beşinci xidmətinin operativ İnformasiya Departamentinin Doqquzuncu idarəsinin əməkdaşı İlya Aleksandroviç Veçtomova məxsus olduğu müəyyən edilib.

Doqquzuncu idarə Ukrayna ilə məşğul olur və Sergienko yəqin ki, bu strukturun diqqət mərkəzinə Ukrayna vətəndaşı kimi gəlib (o, Rusiya və Almaniya vətəndaşlığını yalnız 2022-ci ildə alıb).

S.Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.