Bu qida hipertoniya riskini azaldır

3-02-2024, 15:54           
Bu qida hipertoniya riskini azaldır
Yulaf sağlam qidalanmada çox məşhur bir taxıl növüdür. O, yüksək lif tərkibi, antioksidan xüsusiyyətləri və bir çox digər qida maddələri ilə tanınır.Foodinfo.az yulafın faydalarını təqdim edir:- Yulaf beta-qlükan adlı həll olunan lif növü ilə zəngindir. Bu lif həzm sisteminin nizamlı işləməsini dəstəkləyərək qəbizliyin qarşısını alır. - Sizi tox hiss etdirən və uzun müddət enerji verən qidadır. Aşağı glisemik indeksi sayəsində qan şəkərini tarazlaşdırır və aclıq hissini azaldır. - Xolesterol səviyyəsini aşağı sala bilən beta-qlükan lifini ehtiva edir. Bu ürək sağlamlığına müsbət təsir göstərir. Tərkibindəki yüksək antioksidant sayəsində ürək xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir. - Tərkibində kalium, maqnezium və C vitamini kimi qan təzyiqini aşağı salmağa kömək edən minerallar var. Yulafın müntəzəm istifadəsi hipertoniya riskini azaldır.- Yulaf həzm sağlamlığını dəstəkləyən xeyirli qidadır. Tərkibindəki lif həzm sisteminin nizamlı işləməsini təmin edərkən, prebiotik xüsusiyyətləri bağırsaqlarda faydalı bakteriyaların miqdarını artıraraq həzm sağlamlığını dəstəkləyir.- Tərkibindəki antioksidant sayəsində sərbəst radikalları təmizləyərək bədəni oksidləşdirici stressdən qoruyur. Bu, hüceyrələrin zədələnməsinin qarşısını alır və qocalmanı gecikdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru