Rusiyanın Azərbaycana satdığı qarabaşağın həcmi açıqlanıb

4-02-2024, 12:43           
Rusiyanın Azərbaycana satdığı qarabaşağın həcmi açıqlanıb
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyadan 6 milyon 11 min ABŞ dolları dəyərində 11 min 259 ton qarabaşaq idxal edib.TEREFFED.az-a istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 856 min dollar və ya 32,2% az, həcm baxımından isə 2 734 ton və ya 32,1% çoxdur.2022-ci ilin yanvar-noyabr aylarında Rusiyadan 8 milyon 868 min dollar dəyərində 8min 525 ton qarabaşaq idxal edilib.1 ton qarabaşağın idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 534 dollar, 2022-ci ilin eyni dövründə 1 040 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 506 dollar (48,7%) ucuzlaşma baş verib.Ümumilikdə isə 1 kq qarabaşağın idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 0,91 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 1,77 manata (0,86 manat ucuzlaşma) başa gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru