Son günlər sosial mediada hərbçilərin (şəhid olduğu ehtimal edilir) portretlərini qucaqlayaraq ağlayan uşaqların (şəhid övladları kimi təqdim olunur) fotoları yayılır.
Publika.az xəbər verir ki, Faktyoxla Lab. fotoların real olub-olmadığını araşdırıb.
Fraqment 1. Hərbi qanunvericiliyə görə, hərbçinin ağlayaraq sənəd fotosu çəkdirməsi mümkün deyil. Həmçinin, Şəhid ailəsinin “ağlayan şəhid” protretini yas mərasimində nümayiş etdirməsi inandırıcı görünmür. Hələ belə fakta rast gəlinməyib. Belə anlaşılır foto Süni intellekt (Sİ) proqramları vasitəsilə hazırlanıb və müəlliflər fotonun təsirli alınması üçün Sİ-yə azyaşlının ağlaması “əmri” veriblər və Sİ "ağlamağı" mərhum şəxsə də şamil edib.