Şotlandiyada 170 milyon il əvvəl yaşamış uçan kələz tapılıb

7-02-2024, 10:04           
Şotlandiyada 170 milyon il əvvəl yaşamış uçan kələz tapılıb
Şotlandiyanın Skay adasında yeni pterozavr növü aşkar edilib.

“Sky news” saytının məlumatına görə, Təbiət Tarixi Muzeyinin tədqiqatçısı, professor Paul Barret pterozavrın yaxın həmcinslərinin Çində yaşadığını qeyd edərək, bu kəşfin “tam sürpriz” olduğunu bildirib.

Paleontoloqlar 2006-cı ildə adanın cənub-qərb sahilində yerləşən Elqolda səfər zamanı daşlaşmış qalıqlar aşkar ediblər. Həmin vaxtdan etibarən sümüklərin bənzərini yaratmaq üçün illər sərf olunub. Skeletin natamam olmasına baxmayaraq, tədqiqatçılar onun pterozavrların təkamül tarixi və müxtəlifliyi haqqında əsas təsəvvür yaratdığını bildiriblər.

Pterozavrlar bəzən “pterodactyls” növü kimi qeyd olunur. Lakin “pterodactyls” əslində pterozavr növünə daxildir.

Alimlər yeni pterozavr növünün “Darvinoptera” kimi tanınan qrupa aid olduğunu və daşlaşmış qalıqların Çində də tapıldığını qeyd ediblər.

“Pterozavr düşündüyümüzdən çox tez ortaya çıxdı və tez bir zamanda, demək olar ki, bütün dünyada yayıldı”, – deyə professor Barret bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru