Uşağınızın telefondan istifadəsini necə məhdudlaşdıra bilərsiniz?

7-02-2024, 12:58           
Uşağınızın telefondan istifadəsini necə məhdudlaşdıra bilərsiniz?
Uşağın telefondan istifadəsini məhdudlaşdırarkən kəskin etirazla qarşılaşmamaq üçün tədricən hərəkət etmək vacibdir.

Bu barədə rusiyalı müəllim və psixoloq Viktoriya Savkova danışıb.

“Hər hansı qayda və məhdudiyyətlərin mərhələli şəkildə tətbiq edilməsi, uşağa bu barədə əvvəlcədən xəbərdarlıq edilməsi, qadağanın şərtlərinin dəqiqləşdirilməsi tövsiyə olunur. Əgər yeniyetməlik dövründə olan insandan danışırıqsa, ardıcıl və öncədən düşünülmüş formada davranmaq xüsusilə vacibdir. İzahat olmadan nəyisə məhdudlaşdırmaq olmaz”, - psixoloq vurğulayıb.

Valideynlər unutmamalıdırlar ki, telefon şəxsi əşyadır və onu xəbərdarlıq etmədən götürmək uşağın şəxsi sərhədlərini pozmaq deməkdir.

“Telefonu niyə uşaqdan götürməliyəm” sualını özünüzə verib cavablandıra bilməlisiniz.
“Ola bilsin ki, bu, uşağın tapşırığı yerinə yetirməkdən yayınması və ya onlayn oyunlara daha az vaxt sərf etməsi üçün lazımdır. İndi cavabınızı müsbət şəkildə yenidən formalaşdırmağa çalışın”, - deyə Savkova tövsiyə edib.

Cavab belə səslənə bilər: “Mən istəyirəm ki, uşağım daha çox gəzsin, məktəbdə və həyətdə dostları ilə daha çox ünsiyyətdə olsun, ailəsi ilə vaxt keçirsin”.

Mütəxəssis belə qənaətə gəlib ki, bu formul bizə bütün pisliklərin mənbəyi kimi telefonu görməməyə imkan verəcək və uşağın düzgün inkişafına yönəldəcək.

Mənbə: mir24.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru