"Tərtər işi”ndə təqsirləndirilən bir qrup keçmiş hərbçi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT

27-02-2024, 10:16           
"Tərtər işi”ndə təqsirləndirilən bir qrup keçmiş hərbçi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
"Tərtər işi”ndə təqsirləndirilən bir qrup keçmiş hərbçi yenidən məhkəmə qarşısında
“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 28-nə təyin edilib.

Xatırlatma: Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: V.Ələsgərov, R.Ələsgərov, R.Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru