Dərmansız baş ağrısını kəsən qidalar

28-02-2024, 08:09           
Dərmansız baş ağrısını kəsən qidalar
Tez-tez baş verən şiddətli baş ağrıları bəzi insanlar üçün kabusa çevrilir. Miqrenin müalicəsində ilk seçim olaraq dərman istifadəsi ilə ağrıların qarşısını almağa çalışsaq da, bu, təbii üsullarla da mümkündür. Bəs çox işləmək, həddindən artıq stress, kifayət qədər su içməmək nəticəsində yaranan miqrenlərə hansı qidalar faydalıdır?Foodinfo.az dərman istifadə etmədən baş ağrılarını aradan qaldırmağın yollarını təqdim edir:Avokado: Avokado miqrenlə mübarizədə çox təsirli bir qidadır. Lutein və zeaksantin kimi antioksidantlarla zəngin olan avokado şiddətli baş ağrılarına çox yaxşı təsir edir. Əncir: İltihabı azaltmaqda və baş ağrılarını aradan qaldırmaqda təsirli olan əncirin tərkibində çoxlu miqdarda kalium var. Gün ərzində bir qədər əncir istehlakı miqren ağrıları üçün çox əhəmiyyətlidir. Qızılbalıq: Tərkibində omeqa-3 yağ turşuları və B-2 vitamini olan qızılbalıq tez-tez baş ağrılarından əziyyət çəkənlər üçün möcüzəvi qidadır. O, həmçinin bədəndəki iltihabı azaldır və ağrıları aradan qaldırır. Şirin kartof: Dadlı olması ilə yanaşı, şiddətli miqren ağrıları ilə mübarizədə də mühüm rol oynayır. C vitamini ilə zəngin olan kartofun tərkibində B1 vitamini və kalium var. Su: İçməli su qan dövranını artırır və qan damarlarını genişləndirməyə kömək edir. Bu, baş ağrılarını aradan qaldırmağa yardımçı olur, çünki bəzi baş ağrıları daralmış qan damarlarından qaynaqlanır.Qarpız: Baş ağrılarının ən böyük səbəblərindən biri susuzluqdur. Təzə tərəvəz və meyvələr, xüsusilə də yay meyvələri tərkibindəki yüksək su ilə gün ərzində baş verə biləcək baş ağrılarının qarşısını alır. Məsələn, ən məşhur yay meyvələrindən biri olan qarpızda həm su, həm də kalium və maqnezium kimi vacib minerallar var.Yerkökü və kərəviz: Su ehtiyacınızı qarşılayan qarpız, kök və kərəviz kimi qidaları qəbul etmək ağrılarınız üçün çox əhəmiyyətlidir. Qatıq: B vitamininin bir hissəsi olan riboflavin qatıqda çox miqdarda olur. Miqrenə qarşı qoruyucu təsiri olan riboflavin tərkibli qatıq istehlakı gününüzü ağrısız keçirmək üçün əhəmiyyətli bir seçimdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru