“Fastfood” yaddaş üçün ciddi təhlükədir

21-04-2024, 12:34           
“Fastfood” yaddaş üçün ciddi təhlükədir
“Fastfood” və un məhsulları yemək yaddaşı zəiflədir”.

Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb.

Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq “zibil” yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırmaq demək olar ki, mümkün olmayacaq.

“Fastfood” və un məmulatları yaddaşı zəiflədir. Bu, həmişəlikdir. Elm adamları hesab edirlər ki, yeniyetməlik dövründə “zibil” qidalardan - yağlı, şirin və nişastalı qidalardan istifadə etsəniz, yaddaşla bağlı problemləri aradan qaldırmaq demək olar ki, mümkün olmayacaq”, - deyə Pavlova bildirib.
O, alimlərin gənc siçovullar üzərində təcrübə apardıqlarını və qeyri-sağlam qidalanma zamanı asetilkolinin azaldığını vurğulayıb. Bu maddə təhsil, təlim, diqqətin konsentrasiyasında iştirak edir və məlumatı kodlamağa kömək göstərir. Pavlovanın sözlərinə görə, düzgün, balanslaşdırılmış qidalanmaya sonrakı keçid yaddaş problemini həll edə bilməyib.

Həmçinin ABŞ-nin Cənubi Kaliforniya Universitetinin alimləri yağ və şəkərlə zəngin Qərb pəhrizinin gənc siçanlarda uzunmüddətli yaddaş pozğunluğuna səbəb olduğunu aşkar ediblər.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru