JMS: Kələm şirəsi bağırsaqdakı iltihabla mübarizə aparmağa kömək edir

22-04-2024, 12:34           
JMS: Kələm şirəsi bağırsaqdakı iltihabla mübarizə aparmağa kömək edir
Həmçinin məlum olub ki, qırmızı kələm şirəsi bağırsağın maneə funksiyasını yaxşılaşdırır.
Missuri Universitetinin (ABŞ) tədqiqatçılar qrupu qırmızı kələm şirəsinin xoralı kolit və Kron xəstəliyi kimi iltihablı həzm sistemi xəstəliklərinin simptomlarını yüngülləşdirə biləcəyini müəyyən edib.
Bu barədə Rusiya mediası "Journal of Molecular Sciences" (JMS) jurnalına istinadən xəbər verib.
Tədqiqat zamanı alimlər qırmızı kələm şirəsini iltihabi bağırsaq xəstəlikləri (İBX) olan siçanların rasionuna daxil ediblər. Bu qrupdakı xəstəliklər bütün bağırsağı və ya mədə-bağırsaq traktının bir hissəsini əhatə edən xroniki iltihabi proses ilə xarakterizə olunur. Bu, adətən qarın ağrısı və diareya ilə nəticələnir, lakin bəzən dəri səpgiləri və ya oynaqların iltihabı da baş verə bilər.
Təcrübənin nəticələri göstərib ki, qırmızı kələm şirəsi faydalı bakteriyaların böyüməsini stimullaşdıraraq siçanların bağırsaq mikrobiotların tərkibini dəyişdirə bilir. Bu, iltihabı azaldan qısa zəncirli yağ turşularının və digər bakterial metabolitlərin istehsalını artırmağa kömək edir.
Həmçinin məlum olub ki, qırmızı kələm şirəsi bağırsağın maneə funksiyasını yaxşılaşdırır. Maneə funksiyası luminal tərkibli, yəni toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin bağırsaq divarından sistemli qan dövriyyəsinə, toxumalara və orqanlara daxil olmasının qarşısını almaqdır. Bundan əlavə, təzə sıxılmış kələm şirəsi tənzimləyici (immun) T-hüceyrələrini stimullaşdıraraq iltihab əleyhinə immunitet balansını təşviq edir.
Tədqiqatçılar siçanlarda İBX təzahürlərinin insanlardakı təzahürlərlə demək olar ki, tamamilə eyni olduğunu qeyd ediblər. Bu, qırmızı kələm şirəsinin Kron və xoralı kolit xəstəliyindən əziyyət çəkən insanlar üçün müalicəvi bir seçim ola biləcəyinə inanmağa əsas verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.