Bu qatqı infarkt və insulta səbəb ola bilər - DİQQƏT!

8-06-2024, 08:07           
Bu qatqı infarkt və insulta səbəb ola bilər - DİQQƏT!
Alimlər "ksilitol" adlanan aşağı kalorili süni dadlandırıcının infarkt və insult yarada biləcəyini aşkar ediblər.

Bu barədə məlumat “European Heart Journal”da dərc olunan araşdırmada yer alıb.

Tədqiqatçılar 2004-2011-ci illərdə ürək xəstəliyindən müalicə olunan 1 157 xəstənin və ürək xəstəliyi riski yüksək olan 2 100 nəfərin qan nümunələrini araşdırıblar.

Tədqiqatçılar saqqız və diş pastası kimi bir çox məhsulda istifadə edilən süni dadlandırıcı olan ksilitolun qanın daha asan laxtalanmasına səbəb ola biləcəyini müəyyən ediblər. Onlar laxtalanmanın ürəyə çatdıqda infarkt, beyinə çatarsa, insultla nəticələnə biləcəyini vurğulayıblar.

Araşdırma qrupundan Dr. Stenli Hezen CNN-ə açıqlamasında ksilitolun piylənmə və şəkərli diabet kimi xəstəlikləri olan insanlara alternativ dadlandırıcı olaraq verildiyinə diqqət çəkib. O, bunun ölümcül nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.

Həkim ksilitol üçün aparılan araşdırmaların nəticələrinin eritritola bənzədiyini vurğulayıb.

O, ürək xəstəliyi riski olan insanların qanında yüksək miqdarda ksilitolun olmasının bu xəstəliklərdən əziyyət çəkmə riskini iki dəfə artırdığını vurğulayıb.

Dr.Stenli Hezen şəkərin qlükoza səviyyəsini 10-20 faiz artırmasının normal olduğunu, lakin sağlam könüllülərə tərkibində ksilitol olan içkilər verildikdə onların qlükoza səviyyəsinin 1000 dəfə artdığını diqqətə çatdırıb.

Xatırladaq ki, 2023-cü ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) süni dadlandırıcılardan biri olan aspartamı insanlar üçün "mümkün kanserogen" kimi təsnif edib. Lakin onun gündəlik qəbul həddinin aşılmadığı müddətcə istifadənin təhlükəsiz olduğu açıqlanıb.(medicina)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.