Azərbaycanda taksidən istifadə edənlərin sayı açıqlandı – Rəsmi

10-06-2024, 17:54           
Azərbaycanda taksidən istifadə edənlərin sayı açıqlandı –
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda taksidən 18 milyon 564,8 min sərnişin istifadə edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, taksidən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% artıb.

Taksidən istifadə edən sərnişinlərin təxminən yarısı – 9 milyon 815,4 min nəfəri fiziki şəxslərə məxsus taksilərdən istifadə edib və onların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artıb.

Onu da bildirək ki, bu ilin ilk 3 ayında gün ərzində taksilərdən orta hesabla 204 min sərnişin istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru