90 yaşlı rusiyalı nənə rəqsi ilə internetin fenomeninə çevrildi

11-06-2024, 15:34           
90 yaşlı rusiyalı nənə rəqsi ilə internetin fenomeninə çevrildi
Rusiyada qeyd olunan Sabantuy bayramında 90 yaşlı nənənin rəqsi internetdə trend olub.

Görüntülər Tatarıstanın Çistopol şəhərində qeydə alınıb.

Nənənin yaşına baxmayaraq gümrah və enerjili olması, həmçinin rəqs performansı sosial şəbəkədə maraqla qarşılanıb, istifadəçilər xoş təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Tatarıstanda böyük coşqu ilə qeyd olunan Sabantuy qədim türk xalqlarının ən önəmli bayramlarından biridir. Hər il yay fəslinin gəlişi ilə qeyd olunan bayramda xalq bir araya gələrək şənlənir, müxtəlif yarışlarla əylənirlər.

Mənbə: Kp.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru