Dırnaq boyaları ilə bağlı aparılan araşdırma qorxuducu faktları orta çıxarıb.
Qayanrinfo.Az xəbər verir ki, ABŞ-ın Duke Universiteti mütəxəssislərinin Ətraf İş Qrupu ( EWG ) ilə birlikdə apardığı araşdırma çərçivəsində təxminən 3 min fərqli lak araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, bu məhsulların yarısından çoxunda trifenil fosfat ( OP ( OC6H5 ) 3 ) maddəsi var. Trifenil fosfat maddəsi "ətraf kirlədən" maddə olaraq bilinir. Bu maddə eyni zamanda hormon sisteminin tarazlığını pozaraq, yağ yığılmasına mənfi istiqamətdə təsir edir. Nəticədə həddindən artıq çəki almağa yol açır.