Xərçəng əleyhinə pəhrizin əsas komponentləri hansılardır?
14-06-2024, 17:04
"Zülalla zəngin balıq və toyuq əti, bitki qidalarının tərkibində olan antioksidantlar və lif, eləcə də qoz-fındıqlarda olan faydalı yağlar xərçəng riskini azaldır".
Bunu ABŞ-li onkoloq, tibb elmləri doktoru Nikol Endryus deyib.
Həkim qeyd edib ki, xərçəng əleyhinə pəhriz dedikdə boşqabın üçdə ikisini meyvə, tərəvəz, tam taxıllar, qoz-fındıq, tum, lobya və ya paxlalılar kimi bitki qidaları ilə doldurulmasını nəzərdə tutur. Bütün bu məhsulların tərkibində antioksidantlar (xüsusi molekullar) və hüceyrələri zədələnmədən qoruyan və mövcud qüsurları düzəldən fitokimyəvi maddələr var.
Bitki qidaları həmçinin həzmi normallaşdıran və bağırsaq xərçənginin inkişaf riskini azaldan faydalı qida lifləri ilə zəngindir.
Xərçəngin qarşısının alınması üçün vacib olan ikinci əvəzolunmaz qida komponentinin zülal olduğu bildirilir. O, toyuq, balıq, hind quşu, yumurta və süd məhsullarında olur.
Onkoloq qeyd edib ki, yağları da unutmaq olmaz. İnsan orqanizmi üçün faydalı yağlar zeytun, avokado, tum, qoz-fındıq və qaymaqda var.
Mənbə: Healthnews