Ölkəyə hava nəqliyyatı ilə səfər edənlərin sayı 35% artıb

8-09-2024, 09:24           
Ölkəyə hava nəqliyyatı ilə səfər edənlərin sayı 35% artıb
Ölkəyə hava nəqliyyatı ilə səfər edənlərin sayı 35% artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana hava nəqliyyatı ilə 39 ölkədən 2 milyon 335 min 130 nəfər səfər edib.

İndex.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (21,8 %) və 526 min 485 nəfər (35,2 %) çoxdur.

8 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb – 639 min 458 nəfər. Bu da 1 il əvvələ nisbətən 30,2 % artım deməkdir.

Hesabat dövründə Türkiyədən isə Azərbaycana 577 min 254 nəfər səyahət edib ki, bu da illik müqayisədə 18,7 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri də 298 min 614 sərnişinlə (+47,5 %) daxil olub.

Daha sonra, Gürcüstan 149 min 842 sərnişin (+ 40,5 %), Səudiyyə Ərəbistanı 86 min 30 sərnişin (+14,8 %), Qazaxıstan 71 min 233 sərnişin (+31,1 %), Hindistan 71 min 582 sərnişin ( + 6,6 dəfə), İtaliya 40 min 599 sərnişin (+ 2 dəfə), Özbəkistan 38 min 41 sərnişin ( – 16 %), Küveyt 36 min 746 sərnişin ( + 33,1 %) və Qətər 36 min 186 sərnişin (+ 75,8 %) qərarlaşıb.

İlk onluğa Hindistan, İtaliya daxil olaraq, İsrail (29 min 034 sərnişin, – 4,5 %) və Almaniyanı (21 min 803 sərnişin, – 6,3 %) siyahıdan çıxarıb.

Təkcə avqustda isə Azərbaycana 378 min 248 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 27,6 % çoxdur.

O cümlədən, ötən ay Türkiyədən 106 min 44 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8 % çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru