Azərbaycana xaricdən uçuşların sayı 22% artıb

8-09-2024, 09:44           
Azərbaycana xaricdən uçuşların sayı 22% artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 40 ölkədən 17 946 aviareys təşkil olunub.

İndex.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (25 %) və 3 220 aviareys (21,8 %) çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib – 5 226 reys. Bu da 1 il əvvələ nisbətən 15 % çoxdur.

8 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 3 972 uçuş olub ki, bu da illik müqayisədə 5,1 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 095 reyslə (+35 %) daxil olub.

TOP-10-luğa həmçinin Gürcüstan 1 159 (+ 14,2 % ), Səudiyyə Ərəbistanı 503 (- 23,7 %) , Qazaxıstan 481 (- 8,5 %), Hindistan 371 ( + 4,8 dəfə), Qətər 345 (40,8 % çox), Küveyt 246 (+ 4,2 % ) və Özbəkistan 246 aviareyslə (- 41,7 %) daxildir.

Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail (282 aviareys, + 20,5 %) isə 11–ci yerə düşüb.

Təkcə avqustda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 19 % artaraq 2 835 təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 796 uçuş olub ki, bu da illik müqayisədə 21,7 % çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru