Zəlzələlər torpaqda qızıl əməl gətirir –Alimlərdən şok araşdırma

9-09-2024, 15:54           
Zəlzələlər torpaqda qızıl əməl gətirir –Alimlərdən şok araşdırma
Tədqiqatçılar qızıl külçələrinin zəlzələlər olanda əmələ gəldiyini sübut ediblər.

Azpost. info bildirir ki, bu yeni iddia ilə bağlı Avstraliya alimlərinin “Nature Geoscience” jurnalında məqaləsi dərc olunub.

Araşdırmalara görə zəlzələlər baş verən zaman yerin təkində xalis qızıl külçələri əmələ gəlir və bu proseslərdə xüsusilə də kvarsın yaratdığı elektrik enerjisi əsas rol oynayır. Avstraliyalı alimlər uzun zaman aparılan elmi araşdırmalardan sonra belə bir qənaətə gəliblər.

Məqalədə qeyd olunduğu kimi geoloqlar da çoxdandır belə bir fikirdədirlər ki, qızıl külçələri kvars damarlarının içərisindədir və belə geoloji strukturlar dünyada hasil edilən bütün qızılın 75%-ə qədərini təşkil edir. Kvars yer kürəsində çoxlu miqdarda tapılan, özəl pyezoelektrik xüsusiyyətlərə malik olan unikal bir mineral hesab edilir. Alimlərin krincə, bu qeyri-adi mineralın mexaniki deformasiyanın təsiri altında da elektrik yükü yaratmaq qabiliyyəti var.

Avstraliyanın Monaş Universitetinin alimi olan, həm də bu sahədə uzun illər çalışan ən təcrübəli mütəxəssislərdən biri sayılan Kristofer Voyseyin rəhbərliyi ilə praktiki işə, tədqiqatlara başlayan alimlər uğurlu nəticə əldə ediblər. Beləliklə birgə çalışan alimlər nəzəri və praktiki cəhətdən sübut ediblər ki, mineral kvarsın pyezoelektrik xüsusiyyətləri bərkimiş qızıl külçələrinin yaranmasına çox böyük töhfə verir və bu prosesləri eksperimental olaraq müəyyən etmək elə də çətin deyil.

Bunu etmək üçün alimlər laboratoriyada qızıl tərkibli məhlullara yerləşdirilmiş və hermetik qablarda möhürlənmiş 12 kvars lövhəsinin üzərində təcrübələr aparıblar. Elm adamları yer qabığındakı baş verən zəlzələləri simulyasiya etmək üçün xüsusi aktuatorlardan istifadə etməklə hətta 20 Hz tezliyi ilə plitələrə mexaniki yükləri də tətbiq ediblər. Nəticə olaraq aparılmış bu təcrübələr göstərib ki, sıxılmalar zamanı kvarsın əmələ gətirdiyi yüklər mineralın səthindəki məhluldan qızıl formalaşdırıb, qızıl nanohissəciklərini çökdürmək üçün də kifayətdir. Məhz həmin proseslərdən sonra qızıl əmələ gəlir.

Məqalədə deyilir: “Biz bununla göstərdik ki, əgər bu maye hər hansı miqdarda qızıl nanohissəcikləri ehtiva edərsə, bu onlara üstünlük verəcək. Bu zaman onlar ancaq elektrod kimi fəaliyyət göstərən kvarsın səthlərinə çökəcəklər və deformasiyaya uğradıqca böyüməyə başlayacaqlar”.

Elm adamları zəlzələlərin yerin qabığında qızıl külçələrinin əmələ gəlməsinə kömək edən mühüm amil olduğuna inandıqlarını bildiriblər. Onlar təkli ndə deyilir ki, qızıl tərkibli məhlullar kvarsın damarlarındakı çatlara nüfuz edir, bu isə yeraltı təkanlar zamanı yaranan elektrik sahələrində belə şəkildə qızılın çökməsinə, bərk külçələrin yaranmasına səbəb olur.

Təcrübələr həm də göstərib ki, qızılın ilk hissəcikləri çökdükdən sonra növbəti baş verən deformasiyalar qızıl hissəciklərinin yeni təbəqələrdə çökməsinə səbəb olur.

Bu proses isə yerin qalın qatlarında çox böyük qızıl külçələrinin necə əmələ gələ biləcəyini izah edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.