Misir fironu Ramzesin qılıncı tapıldı-FOTO

9-09-2024, 15:58           
Misir fironu Ramzesin qılıncı tapıldı-FOTO
Arxeoloqlar Misirin şimalında yerləşən Əl-Buheyra əyalətində qazıntılar zamanı firon II Ramzesin qılıncını aşkar ediblər.

Azpost.info bildirir ki, arxeoloji missiya həmçinin əsgərlər üçün hərbi kazarmalar, Yeni Krallıq dövründən qalma silah, ərzaqlar və ərzaq anbarları da daxil olmaqla bir sıra kərpic memarlıq strukturları tapıblar. Alimlər bildiriblər ki, kazarma yaxınlığında fironun əsgərlərinə məxsus çoxlu sayda artefaktlar, eləcə də şəxsi əşyalar da aşkar edilib.

Bu yeni arxeoloji tapıntılar çox zəngin bir tarixi dövrdən xəbər verir. Tapıntılar Əl Abqain qalasının sakinlərinin gündəlik həyatı, dini inancları, həmçinin də hərbi fəaliyyətləri barədə geniş məlumat verir.

II Ramses Qədim Misir tarixinin ən böyük hökmdarlarından biri sayılırdı. Hətta bəzi tarixçilərin və tədqiqatçıların fikrincə, bu uzun ömürlü Misir hökmdarı eradan öncə XIII əsrdə yaşayıb. Firon Il Ramsesin tarixi mənbələrə görə təxminən 60 ildən artıq hakimiyyətdə olduğu qeyd edilir. Belə ki, onun hökmdarlıq etdiyi bu uzun müddət ərzində Misir inkişaf etməklə yanaşı həm də ciddi hərbi uğurlara, çox böyük ərazi fəthlərinə nail olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru