İstifadəçi sayı 2 milyardı aşdı: "Instagram" 14 yaşında

6-10-2024, 12:14           
İstifadəçi sayı 2 milyardı aşdı: "Instagram" 14 yaşında
Aylıq 2 milyard aktiv istifadəçisi olan məşhur sosial media platforması “Instagram” 14 ildir həyatımızdadır. Dünyada 2 milyarddan çox aktiv istifadəçisi olan məşhur tətbiq dünyanın bir çox ölkəsində müxtəlif məhkəmə çəkişmələri və cərimələrlə mübarizə aparır. Ən çox danışılan tətbiqlərindən biri olan “Instagram”-ın marka dəyərinin 70 milyard dollar olduğu təxmin edilir.

Gununsesi.info NTV- yə istinadən xəbər verir ki, 6 oktyabr 2010-cu ildə qurulan “Instagram”, dünyada ən çox istifadə edilən sosial media platformalarından biridir.

Qeyd edək ki, platforma xüsusilə fevralın 9-da təqdim etdiyi bir sıra xüsusiyyətlərlə mübahisələrin mərkəzinə çevrilib.

Heç bir xəbərdarlıq edilmədən aktivləşdirilən “siyasi məzmunu məhdudlaşdır” funksiyası istifadəçilərin razılığı olmadan avtomatik olaraq aktivləşdirilib və bu da mübahisələrə səbəb olub.

Bu xüsusiyyətin ABŞ seçkiləri üçün və ya Fələstinə dəstək və məlumat paylaşma imkanını azaltmaq üçün tətbiq edildiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru