Yaş artdıqca, burun və qulaqlar niyə böyüyür?
Bu gün, 15:18
Bu qəribə "hipertrofiya" bir çox insanlarda müşahidə olunur. Bəs bu niyə baş verir? Ətraflı materialda.
Yaşlanma haqqında düşünəndə çox vaxt qırışları və ağ saçları təsəvvür edirik. Ancaq az adam yaş artdıqca burun və qulaqların həcminin böyüdüyünü düşünür. Cazibə qüvvəsi (qravitasiya) səbəbindən illər keçdikcə, orqanizm toxuma elastikliyini itirməyə başlayır, həmçinin dərinin elastiklik olması və gənc qalması üçün lazım olan zülalın - kollagen səviyyəsinin azalması nəzərə çarpır. Nəticədə, burun və qulaqların əsas dayaq elementini təşkil edən qığırdaqlar tədricən "çökməyə" başlayır ki, bu da birbaşa onların böyüməsinə gətirib çıxarır.
Bunu Rusiyanın "Rambler" agentliyinin əməkdaşı Darya Zaretskaya deyib.
İllər keçdikcə, qulaqların və burunun əsasını təşkil edən qığırdaqlar təkcə kollageni itirməklə deyil, həm də su yığmağa başlayır ki, bu da onu daha yumşaq və asanlıqla şəklini dəyişən (elastik) edir. Bunun səbəbi, bu birləşdirici toxumanın qan damarlarının olmamasıdır.
Molekulların yüksək konsentrasiyalı yerdən aşağı konsentrasiyaya doğru hərəkət etməsi prosesi diffuziya yolu ilə qidalanır. Nəticədə, zaman keçdikcə qığırdaqlar böyüyə bilir, bu da burun və qulaqların həcminin vizual genişlənməsinə səbəb olur.
Bu cür dəyişikliklər irsiyyətindən də asılı ola bilər. Əgər valideynlərin, nənə-babaların böyük qulaqları və burunları olubsa, ehtimal ki, siz də bu xüsusiyyəti miras almısınız. Təsadüfi deyil ki, qığırdaqların inkişafına təsir edən genetik amillər insandan insana fərqlənir.
Bir çox insan qulaqların və burunun ömür boyu böyüməyə davam etdiyini eşidib, lakin bu tamamilə doğru fikir deyil. Yuxarı yaşlarda bu bədən hissələrinin böyüməsi yumşaq toxumaların möhkəmliyini və elastikliyini itirməsi ilə izah olunur.
Yuxarıda qeyd edilənlərin hamısından tamamilə məntiqli bir sual yarana bilər: görəsən insan istəsə burnun və qulaqların böyüməsinə müstəqil şəkildə təsir edə bilərmi? Bu prosesi tamamilə dayandırmaq mümkün olmasa da, onu yavaşlatmaq mümkündür. Düzgün qidalanma və müntəzəm məşq qığırdaqların sağlamlığını və funksionallığını qorumağa kömək edəcək ki, bu da burnun və qulaqların həcminin böyüməsini dayandırmağa yardımçı olacaq.