Yoqa hansı xəstəliklərdə əks-göstərişdir?

Bu gün, 15:18           
Yoqa hansı xəstəliklərdə əks-göstərişdir?
Yoqa dayaq-hərəkət sistemi xəstəlikləri olan insanlara, məsələn, artrit və osteoxondroz zamanı əks göstərişdir.

Bu barədə Gazeta.ru xəbər verir.

Rusiyalı cərrah, travmatoloq-ortoped Aleksey Afanasyev bildirib ki, əgər yoqa ilə məşğul olmağa qərar vermisinizsə, travmatoloq-ortopedlə məsləhətləşmək lazımdır: "Əgər sizdə dayaq-hərəkət sisteminin müəyyən xəstəlikləri varsa, bu ideyanı təxirə salmaq lazımdır. Söhbət revmatoid və psoriaz artriti, 4-cü mərhələ osteoartroz, podaqranın kəskinləşməsi, ankilozlaşdırıcı spondiloartrit, kök sindromlu osteoxondroz və revmatik və qeyri-revmatik mənşəli mialgiyadan gedir".

Bundan əlavə, bağların, vətərlərin, bursitlərin iltihabı zamanı, o cümlədən yumşaq toxumaların posttravmatik iltihabı, ümumiyyətlə kəskin travmalardan sonra və hər hansı mənşəli ağrı sindromu zamanı yoqa ilə məşğul olmaq məsləhət deyil.

"Xroniki oynaq qeyri-sabitliyi olan xəstələr də başqa aktivliklər seçməlidirlər, yoqa onların variantı deyil", - deyə həkim qeyd edib.

O, həmçinin məsləhət görüb ki, əgər ilk baxışdan yoqa məşğələləri üçün heç bir əks göstəriş yoxdursa, hər məşqdən əvvəl adekvat qızışma və sonra soyuma hərəkətləri etmək vacibdir. Həmçinin, ağrı yaradan hərəkətləri etmək olmaz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.