Azərbaycan banklarının xalis xarici aktivləri artıb, daxili aktivləri azalıb
1-12-2024, 00:03
Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 290,2 milyon manat təşkil edib. İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,1 %, ilin əvvəlinə nisbətən 4,3 %, 2023-cü ilin noyabrın 1-i ilə müqayisədə isə 17,5 % çoxdur.
Hesabat dövründə bankların xalis daxili aktivləri isə 18 milyard 162,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 9,6 %, ilin əvvəlinə nisbətən 8,5 %, illik müqayisədə isə 11,5 % azdır.