Kimlərə Şahsevən deyilirdi və onlar necə ortaya çıxdılar?

Bu gün, 12:04           
Kimlərə Şahsevən deyilirdi və onlar necə ortaya çıxdılar?
Şahsevənlərin xüsusi elita kimi formalaşmasının əsasını I Şah Abbasın qoyduğu qəbul edilir.
Tarixçilər qeyd edirlər ki, I Abbasa sədaqət andı içərək, onun xidmətinə girməyə qərar verən hər bir qızılbaş döyüşçüsü, hətta bütöv bir tayfa, özünü şahsevən elan edə bilərdi.
Hökmdarın məqsədi o dövrdə cilovlamaqı çətin olan, bəzən müstəqil siyasət yeridən, aralarında tez-tez çəkişmələr və qanlı savaşlar olan qızılbaş başçılarının təsirini zəiflətmək idi ki, bu da dövlətin zəifləməsinə səbəb olurdu.
P.S. Anladığınız qədər, Şahın məqsədi, imperiyanı zəiflədən tayfa başçılarının çəkişmələrinə son qoymaq, hamını birbaşa Şaha tabe etmək idi. Elə bu siyasətinə görə bəziləri Şahı niyəsə farsçılıqda qınayır. Guya qızılbaş təsirini zəiflətdi, bəlkə əksinə gücləndirdi? Bu qınaqda bir məntiq varmı?
N.V.Xanıkov, "Записки по этнографии Персии" adlı əsərində yazır:
“Demək olar ki, həmişə belə hesab olunurdu ki, onlar [Şahsevən tayfası] xüsusi bir milləti təmsil edirlər, baxmayaraq ki, Azərbaycanın bütün köçəri türk tayfalarının qəbilələrindən ibarət olan bu tayfanın ilk Səfəvi hökmdarı Şah İsmayılın dövründən erkən yaranmaması dəqiq məlumdur.
İstinad: turantoday.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.