Alimlər insanlarda yeni qan qrupu ortaya çıxardılar

4-01-2025, 15:48           
Alimlər insanlarda yeni qan qrupu ortaya çıxardılar
Elm adamları yeni bir qan qrupunun olduğunu aşkarlayıblar.

"ScienceAlert" in verdiyi xəbərə görə, 1972-ci ildə baş vermiş müəmmalı hadisə son araşdırmada mühüm elmi irəliləyişlə nəticələnib.

Belə ki, o zaman hamilə qadının qeyri-adi qan qrupuna malik olduğu aşkar edilib və bu, yarım əsrlik araşdırmalara səbəb olub.

Bu anomaliyanın tədqiqi nəticəsində elm adamları nəhayət, yeni bir qan qrupunu ortaya çıxarıblar.

MAL adlı yeni qan qrupu adətən insanların 99,9%-dən çoxunda rast gəlinən və "AnWj" zülal antigeninin olmaması ilə xarakterizə edilir. Bildirilir ki, yenidoğulmuşlarda "AnWj" antigeni olmur. O yalnız doğuşdan qısa müddət sonra özünü göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.