Atom bombası atılacaq, milyonlarla insan öləcək: Azərbaycan və Türkiyə… – ŞOK PROQNOZ

9-10-2016, 23:53           
Atom bombası atılacaq, milyonlarla insan öləcək: Azərbaycan və Türkiyə… – ŞOK PROQNOZ
Gələcəkdə Yer kürəsində böyük tektonik kataklizmlər baş verəcək. Bu barədə amerikalı doktor Samuil Doktorian özünün “İlahiyyatçı İoannanın kəşfləri” adlı öncəgörmələrində yazır. Ən maraqlısı isə onun öncəgörmələrində Azərbaycanın da adının keçməsidir.
Samuil Doktorian 1998-ci ildə Yunanıstanın Patmos adasına olarkən, mələkləri gördüyünü və gələcək haqda onlardan öyrəndiyini deyir.
“Mən Patmos adasında öz evimdə bir neçə həftə qaldım. Orada dua edir və Tanrını axtarırdım. Adada Müqəddəs Nikolayın kiçik kilsəsi var idi. Bu kilsə atılmış idi, heç kim ora getmirdi. Mən ora getməyə başladım və Allaha dualar etdim. Artıq aylar keçmişdi, lakin mən dayanmadan dua edirdim. Bir gün özümdən soruşdum: “Ola bilərmi ki, onuncu dəfə dua edəndən sonra Allah mənə öz mələyini göndərəcək”. Doqquzuncu duada artıq mələkləri görməyə başladım. 20.06.1998-ci il. Saat gecə yarısı 03:50 idi. Otağım gözlənilmədən işıqlandı, halbuki, elektrik yox idi. Mən insanların üzlərini gördüyüm kimi mələkləri görürdüm. Məndən sağda iki, solda üç mələk dayanmışdı. Onlar uzun ağ geyimlər geyinmişdilər. Öz-özümə soruşdum: “Onlar niyə beş nəfərdirlər? “. Tir-tir əsirdim, qışqırmaq istəyirdim. Amma bacarmırdım. Birdən mələklərdən biri dedi: “Biz beş qitənin mələkləriyik, sizə bu qitələrin gələcəyindən danışmağa gəldik”. Mələklər dedilər: “Gördüklərini və eşitdiklərini insanlara danış”. Xalqlar bunu qəbul edəcək, ya yox, fərqi yoxdur, mən onlara xəbər verməliyəm”, – deyə Samuil danışır.
Öncəgörmələr
Birinci mələk dedi: “Məndə bütün Asiya üçün xəbər var”.
Samuil danışır ki, mələk bunu deyəndə o, bir göz qırpımında Çin, Hindistan və Vyetnam, Yaponiya, Sinqapur, Malayziya kimi digər Asiya ölkələrini görüb.
Milyonlarla insan öləcək, millətlər bir-birinə qarışacaq
Mən Asiya mələyinin əlində böyük boru gördüm, o, bunu bütün qitənin başı üzərində çalacaq və insanlar onun qüdrətli səsini eşidəcəklər. Sonra o dedi: “Qəzalar və aclıq olacaq. Çoxları aclıqdan öləcək. Bütün Asiya üzrə zəlzələlər olacaq və dəniz torpağı örtəcək”. Onda mən “doğru eşitdim?” deyə soruşdum. Mələk davam etdi: “Çində, Hindistanda milyonlarla insan öləcək. Çində ən böyük çay minlərlə evi yuyub aparacaq. Millətlər millətlərə qarışacaq, qardaş qardaşa qarşı çıxacaq. Asiyalılar öz aralarında vuruşacaqlar, atom silahı tətbiq olunacaq və milyonlarla insan məhv olacaq. Asiyada maliyyə böhranı olacaq, Allah dünyanı silkələyəcək. Avstraliyada böyük oyanış olacaq. Bu, son biçin vaxtı baş verəcək”.
Atom bombası atılacaq: Türkiyə, Azərbaycan, Gürcüstan və bütün Yaxın Şərq…
Mən ikinci mələyi gördüm. O, mənə bütün Yaxın Şərqi göstərdi. Mən İranı, Azərbaycanı, Ermənistanı, Gürcüstanı, İraqı, Suriyanı, Livanı, İordaniyanı, İsrail və bütün Kiçik Asiyanı gördüm. Bütün bu torpaqlar qanla örtülmüşdü. Mən alov gördüm. Bu ölkələrə qarşı atom silahı tətbiq olumuşdu. Hər yerdən səmaya tüstü qalxırdı. Və mən mələyin sözlərini eşitdim: “İsrail haqda böyük məhkəmənin vaxtı gəldi. Məni rədd edən Türkiyə və digər ölkələr məhv olacaqlar. İnsanlar susuzluqdan öləcəklər. Bütün Yaxın Şərqə çox az su olacaq. Çaylar quruyacaq və insanlar su uğrunda müharibə aparacaqlar”. Mələk mənə göstərdi ki, Yaxın Şərqdə faciəli vəziyyətdən sonra BMT dağılacaq və daha belə bir qurum olmayacaq.
Aclıq: Avropa məhv olacaq…
Üçüncü mələk mənə Avropanı göstərdi və dedi: “Bütün Avropada haqsızlıq, natəmizlik və Allahsızlıq hökm sürür. Günahlar səmaya qədər yüksəlib. Müqəddəs ruh əzabla dolub”. Mən gələcəyi aydın gördüm. Avropada çaylar daşmış və evlər su altında qalmışdı. Birdən mən zəlzələnin uğultusunu eşitdim. “İndiyə qədər zəlzələ olmayan ölkələr belə zəlzələlər görəcəklər”, mələk dedi. Parisdə Eyfelin dağılaraq, tökülməsini gördüm. Almaniyanın çox hissəsi dağılacaq, London alt-üst olacaq. Bütün Skandinaviyada daşqınlar gördüm. Cənub tərəfə baxanda aclıq və güclü dağıntılara məruz qalmış İspaniyanı gördüm. İspaniya və Portuqaliyada çoxları aclıqdan öləcəklər.
Afrika su altında qalacaq
Dördüncü mələk mənə Afrikanı göstərdi. Böyük çaylar quruyacaq, milyonlara insan öləcək. Digər yerlərdə daşqınlar və zəlzələlər olacaq. Böyük şəhərlər məhv olacaq. Nil çayı quruyacaq. Mərkəzi Afrikanın çox hissəsi su altında qalacaq.
Atlantik və Sakit okean birləşəcək
Beşinci mələk mənə Şimali və Cənubi Amerikanı göstərdi. Mən hər şeyi gördüm. Aysberqlər əriyəcək, Kanada və Şimali Amerikada daşqın olacaq. Bütün çaylar yatağından çıxacaq. Nyu-Yorkun göydələnləri bir anın içində dağılacaq. Gəmilər okeanlarda batacaq. Atlantik və Sakit okean birləşəcək. Braziliyanın çox hissəsi su altında qalacaq. Amazonka çayı böyük gölə çevriləcək.
Sonda mələk dedi: “Bütün bunlar tezliklə baş verəcək. Vaxt çatıb. Yeni səma və yeni Yer kürəsi yaradılcaq”.(publika.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.