Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən işçilərin əmək haqqına hansı əlavə ödənişlər nəzərdə tutulur?

23-01-2025, 09:28           
Azərbaycan  Respublikası  Qanunvericiliyinə əsasən işçilərin əmək haqqına  hansı əlavə ödənişlər nəzərdə tutulur?
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən işçilərin əmək haqqına aşağıda qeyd olunan əlavə ödənişlər də nəzərdə tutulur:
1. Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən: 20 km - dən 40 km - dək uzaqlıqda yerləşən müəssisə, idarə, təşkilatlarda və iş yerlərində çalışan işçilərin əmək haqqına artımın minimum miqdarı -1,2 faiz. 40 km və ondan çox olduqda isə artımın minimum miqdarı - 1,4 faiz məbləğində müəyyən edilmişdir.
2. Xəzər dənizində yerləşən iş vəobyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir:
Sahillə quru yol əlaqəsi olduqda - 1,4 faiz.
Sahillə quru yol əlaqəsi olmadıqda, sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:
0,5 km-ə qədər - 1,5 faiz.
0,5 km-dən 70 km-ə qədər - 1,65 faiz.
70 km-dən artıq -1,75 faiz.
3. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən - 1500 metrədək olduqda, artımın minimum miqdarı -1,1 faiz. 1500 metrdən-2000 metrədək olduqda, artımın minimum miqdarı 1,2. 2000 metrdən yuxarı olduqda isə artımın minimum miqdarı 1,3 faiz məbləğində müəyyən edilmişdir.
Azer Quliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru