Uşağını boğan ana kimlərə xidmət edir? - Yeni sekta ilə bağlı şok araşdırma

13-10-2016, 19:36           
Uşağını boğan ana kimlərə xidmət edir? - Yeni sekta ilə bağlı şok araşdırma
Dünən “pis ruhları çıxartmaq” üçün ananın 5 yaşlı oğlunu boğaraq qətlə yetirməsi xəbəri cəmiyyətdə rezonansa səbəb olub.

Ananın öz uşağını belə vəhşiliklə qətlə yetirməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Hadisəni törədən 33 yaşlı Nazilə Qulubəyovanın “Yahova şahidləri”sektasının üzvü olduğu, satanistlərə xidmət etdiyi ilə bağlı fikirlər var. İddialardan biri isə onun “İsa peyğəmbər və üzümçülərin sektası” adlı dini təriqətin üzvü olmasıyla bağlıdır. Bildirilir ki, o, prokurorluqda ifadəsində bu təriqətin üzvü olduğunu təsdiqləyib. Bu dini sektanın isə “Yahova şahidləri”nə heç bir aidiyyətinin olmadığı, yeni sekta olduğu və üzvlərinin ianələri hesabına fəaliyyət göstərdiyi bildirilir.

AzNews.az adıçəkilən sekta ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, sektanın adı mətbuatda yazıldığı kimi “İsa peyğəmbər və üzümçülərin sektası” deyil, “Üzümlük”dür. Postsovet məkanında 20 ildən artıqdır ki, fəaliyyət göstərən sektanın mərkəzi Ukraynada yerləşir və onlar özlərini “Yevangeliya” kilsəsinə aid edirlər.

Ukraynada “Yevangeliya” kilsəsi

Yeri gəlmişkən “Yevangeliya” kilsəsi ilə bağı səs-küylü qətl hadisəsi 2001-ci ildə Rusiyada da baş verib. Moskvada “Yevangeliya” kilsəsinin üzvü olan ana qızı ilə birlikdə 6 yaşlı zehni çatışmazlığı olan nəvəsini öldürüb. Onlara yeridilən inanca görə, əgər uşaq xəstədirsə, deməli Allah tərəfindən lənətlənib.

Bakıda baş verən cinayət hadisəsinin isə ananın oğlundan “pis ruhları çıxartmaq” üçün uşağın ağız nahiyəsinə əski parçası sıxması nəticəsiтdə baş verdiyi məlumdur. Hadisələr arasındakı oxşarlıq aydın sezilir.

Məlumata görə, “Üzümlük” daxil olduğu hər bir ölkədə özünə yeni ad seçir və müxtəlif adlar altında fəaliyyət göstərir.

Ukraynada “Üzümlük” kilsəsi

Araşdırmamız nəticəsində məlum olub ki, dini təriqət Azərbaycanda “Üzüm bağı kilsəsi” adı ilə fəaliyyətə başlayıb. Sözügedən icma Azərbaycanda rəsmi şəkildə fəaliyyət göstərmək üçün aidiyyəti qurumlara müraciət də ünvanlayıb. Lakin qeydə alınmayıb.

Faktı AzNews.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də təsdiqləyiblər. Bildirilib ki, bu qurum Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərir: “Həmin dini icmanın sənədləri qeydiyyata alınması üçün Dövlət Komitəsinə daxil olub, lakin sənədlər qaydasında olmadığı üçün geri qaytarılıb”.

Ümumilikdə bu gün dünyada baş verən qloballaşma fonunda sərhədlərin pozulmasından istifadə edən qeyri-ənənəvi dini təriqətlər və sektalar əvvəllər nüfuz edə bilmədikləri ərazilərə sızırlar. Allaha, bəşəriyyətə, bir sözlə hər kəsə və hər şeyə sevgi aşılamaq adı altında sektalarda qeyri-üzvlərə nifrət bəslənir. Bəzi hallarda ora düşmüş cahillər sekta üzvü olmayan insanların öldürülməsinə təhrik edilirlər. Bu məqamda ən məşhur sektalardan olan “Aum Sinrike”ı yada salmaq yerinə düşər.
Belə ki, 1995-ci il martın 20-də Aum Sinrayk Tokio metrosunda zəhərli maddə vasitəsilə dəhşətli terror törədib. Müxtəlif mənbələrdən verilən məlumata görə, terror aktı nəticəsində 10-12 nəfər (bəzi məlumatlara görə 13-27) ölüb, 5000-dən çox (başqa məlumatlara görə, 6300-dən çox) insan zəhərlənib.

Aum Sinrayk

Azərbaycanda bu miqyasda hadisələr törədilməsə də, müxtəlif vaxtlarda ayrı-ayrı sektaların aktivlikləri müşahidə edilir. Bu fəaliyyətlər xüsusi ilə regionlarda daha çox sezilir. Bu qeyri-ənənəvi dini icmalardan ölkəmizdə rəsmən fəaliyyət göstərən və dünyanın şübhə ilə yanaşdığı icmalardan biri də “Yehova şahidləri”dir.

“Yehova şahidləri”nin dini təriqətin təbliği məqsədilə Bakıda payladıqları buklet

Məlumata görə, ölkəmizə bu dini icmalar əsasən qonşu dövlətlərin ərazisindən nüfuz edir. Çox güman ki, “Üzümlük” də Azərbaycana Rusiya ərazisindən gəlib.

Belə ki, 1994-cü ildə Dərbənddə, milliyətcə avar olan Artus Süleymanov “Osanna” kilsəsini yaradıb. Bu kilsənin əsasını isə Bakıda 5 yaşlı uşağını öldürdüyü deyilən ananın mənsub olduğu “Üzümlük” sektası təşkil edir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.