Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 23%-ə yaxın artırıb

18-02-2025, 16:44           
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 23%-ə yaxın artırıb
Bu ilin yanvar ayında Azərbaycan 138,987 milyon ABŞ dolları dəyərində 7 663 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,5 % çox və 23,8 % çoxdur.

İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,6 dəfə artaraq 71 ədəd (5,813 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,4 % artaraq 6 906 ədəd (122,219 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 3 654-ü (72,38 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 139-u (6,588 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 3 dəfə artması, ikincinin isə 41,8 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 30,3 % artaraq 645 ədəd (7,114 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,2 % artaraq 41 ədəd (3,840 milyon ABŞ dolları dəyərində) olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.