DİQQƏT! Maşın bazarında bu il vəziyyət necə olacaq? - AÇIQLAMA

Bu gün, 09:14           
DİQQƏT! Maşın bazarında bu il vəziyyət necə olacaq? - AÇIQLAMA
2024-cü ildə bir sıra sahələrlə bərabər nəqliyyat sahəsində də mühüm işlər görüldü. Həmçinin “yaşıl enerji”yə keçid baxımından ekoloji təmiz avtomobillərlə bağlı bəzi güzəştlər tətbiq edildi. 2025- ci il ərzində avtomobil sektorunda hansı yeniliklər gözlənilir? Nəzərə alsaq ki, ölkəmizə gətirilən nəqliyyat vasitələrinin sayında durmadan artım var. Bu artımın avtomobil qiymətlərinə hansı formada təsir edəcək?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Eyyub Əliyev Referans-a açıqlamasında bildirib ki, 2021-ci ildən etibarən Azərbaycanda avtomobil sektoruna bir çox dəstəklər oldu. 2022-ci ildən isə ölkəmizə gətirilən elektrik və hibrid avtomobillərə xüsusi güzəştlər çox əhəmiyyət kəsb edir. Bundan başqa köhnə avtomobillərin utilizasiyası da həyata keçirildi və belə maşınlara məhdudiyyətlər tətbiq olundu.

Avtomobil Dilerləri Assosiasiyasının sədri həmçinin onu da bildirib ki, bütün bu görülən işlərin davamı olaraq xüsusi işçilər qrupu tərəfindən 2025-ci il ərzində planlar barədə müzakirələr aparılır. Çox sevindirici haldır ki, bu sahədə dövlət və özəl sektorun qarşılıqlı dialoqu var. Bu dialoq bu gün də uğurlu şəkildə davam edir.

"2025-ci il ərzində isə daha çox yeni istehsal olunan avtomobillərin satışında irəliləyişlərin olacağını deyə bilərəm. Azərbaycana bu il müddətində ötən illərdən nisbətən daha çox sayda nəqliyyat vasitələrinin gətirilməsi gözlənilir. Beləliklə də bu proses nəticəsində müasir dövrün tələblərinə uyğun olaraq qiymətlər də müəyyənləşəcək",- deyə assosiasiya sədri qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.