2200 illik qızıl mədəni kəşfi - Məcburi əmək

20-03-2025, 12:34           
2200 illik qızıl mədəni kəşfi - Məcburi əmək
Misirdə Ptolemey dövrünə aid qızıl mədənində aşkar edilmiş dəmir ayaq qandalları məcburi əməyin mövcudluğunu sübut edib.

Kulis.az xəbər verir ki, arxeoloq Berangere Redon və komandasının apardığı araşdırmaya görə, bu qandallar eramızdan əvvəl 250-200-cü illər arasında fəaliyyət göstərən Qozza mədənində işləyən hərbi əsirlərə və məhkumlara aiddir.

Aşkar edilmiş qandallardan biri yeddi ayaq halqası və iki birləşdirici zəncirdən, digərində isə dörd birləşdirici halqa və iki topuq halqasından ibarətdir. Arxeoloqlar bu qandalları mədəndəki köhnə anbar yerində tapıblar. Bundan əlavə, ərazidə çoxlu dəmir alətlər və emal olunmuş filiz aşkar edilib.

"Tənqidçilərin konkret qiyməti var" - Ədəbi tənqidin vəziyyəti necədir?
Fuqan, şerxebel və pəstah – Beşinci sinif dərsliyindəki biabırçılıq
"10 dəqiqədən artıq baxa bilmədim"
Misirdən çıxarılan qızılın I Ptolemeyin hərbi ekspedisiyalarını maliyyələşdirmək üçün istifadə edildiyi güman edilir.

Bundan əlavə, Qozzada yüzlərlə qədim keramika parçaları da tapılıb.

Qeyd edək ki, sənədlərdə bəzi mədənçilərin maaş alması qeyd edilsə də, məcburi əməyə cəlb olunanların vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.