Ukrayna Donetsk vilayətində 3 kəndi işğaldan azad edib

Bu gün, 00:17           
Ukrayna Donetsk vilayətində 3 kəndi işğaldan azad edib
Ukrayna Donetsk vilayətində 3 kəndi işğaldan azad edib.

"Report"un xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

“Qoşunlarımız uğurlu əks-hücum həyata keçirib və Donetsk vilayətinin kəndlərini - Mixaylovka, Zeleniy Qay, Vladimirovkanı düşməndən təmizləyiblər”, - o, telegram kanalında yazıb.

Onun sözlərinə görə, Pokrovsk istiqamətində vəziyyət ağırdır, düşmən qüvvəsini cəbhənin bu hissəsində cəmləyib.

"Lakin biz xətti tutmalıyıq. Döyüş əməliyyatlarının təşkilində yardım göstəriləcək. Əlavə döyüş sursatları, pilotsuz uçuş apartları və elektron döyüş texnikası ilə bağlı məsələlər həll olunub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru