Misirdə fironlarla bağlı mühüm tapıntı

21-04-2025, 10:58           
Misirdə fironlarla bağlı mühüm tapıntı
Alimlər Qahirə yaxınlığındakı Sakkara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı firon Userkafın varisinin sərdabəsini aşkarlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Misirin Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, arxeoloji missiya Qədim Misirin beşinci sülaləsinin ilk hökmdarı firon Userkafın oğlu şahzadə Vaser-if-renin sərdabəsini tapıb:

"Qazıntılar zamanı tədqiqatçılar çəhrayı qranitdən hündürlüyü 5 metr, eni isə 1 metrdən bir qədər çox olan nəhəng saxta qapı aşkar ediblər. Bu ölçüdə saxta qapılar əvvəllər heç vaxt görülməmişdi. Arxeoloqlar şahzadənin məqbərəsinin içərisində üçüncü sülalənin banisi firon Coser, onun həyat yoldaşı və on qızının heykəllərini də tapıblar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru