Uşaqların həyatı risk altında: Attraksionlara kim nəzarət edir? VİDEO

Bu gün, 11:58           
Uşaqların həyatı risk altında:
Bakının Böyükşor bulvarında uşaqların əyləndiyi hava ilə doldurulmuş attraksion güclü külək səbəbindən parkın digər sahəsinə uçub. Hadisənin baş verdiyi anda parkda azyaşlı uşaqların olması məsələni daha da ciddiləşdirib.

TEREF İTV-yə istinadən xəbər verir ki, adətən hava şəraiti nəzərə alınaraq bu cür qurğular çadırlarla örtülür. Valideynlər isə attraksionların nəzarətsiz qalmasını kəskin tənqid edirlər:

"Hər kəsin körpə uşağı var. Mütləq nəzarət olunmalıdır ki, belə hadisələrin qarşısı alınsın. Biz övladlarımızı pulla əylənməyə aparırıqsa, attraksionlar da düzgün idarə olunmalıdır", - deyə sakinlərdən biri bildirib.

Mütəxəssislər bildirirlər ki, attraksionların vaxtaşırı yoxlanılması mütləqdir.

Ölkədə mexaniki attraksionların norma və sınaq yoxlamalarını həyata keçirən qurum Fövqəladə Hallar Nazirliyidir.

Nazirliyin məlumatına görə, Nazirlər Kabinetinin 94 nömrəli qərarına əsasən, bu cür qurğular ildə bir dəfə texniki müayinədən keçirilir. Müayinə zamanı aşkar edilən nasazlıqlar barədə aktlar tərtib olunur və onların aradan qaldırılması nəzarətə götürülür.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.