ABŞ Milli Qvardiyası Vaşinqtonu nəzarətə aldı, mindən çox şəxs saxlanıldı

Bu gün, 17:44           
ABŞ Milli Qvardiyası Vaşinqtonu nəzarətə aldı, mindən çox şəxs saxlanıldı
ABŞ Milli Qvardiya hərbçilərinin Vaşinqtona yeridilməsindən sonra təxminən iki həftə ərzində mindən çox şəxs saxlanılıb və 100-dən çox odlu silah müsadirə edilib.

Bu barədə ABŞ-nin baş prokuroru Pem Bondi "X" sosial şəbəkə hesabında məlumat verib.

"1007 nəfər saxlanılıb, 111 ədəd odlu silah müsadirə edilib", - deyə o bildirib.

Baş prokuror qeyd edib ki, ABŞ-də terror təşkilatı kimi tanınan "Tren de Araqua" transmilli bandasının üzvü də saxlanılıb.

Xatırladaq ki, avqustun 12-də Pentaqon paytaxtda cinayətkarlıqla mübarizə aparmaq üçün ABŞ Milli Qvardiyasının 800-ə yaxın əsgərini Vaşinqtona səfərbər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru