5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...

Bu gün, 16:28           
5 aylıq kursla “TİBB BACISI” olmaq:
Bəzi peşələr var ki, artıq insanlar onları öyrənmək üçün təhsil almağa ehtiyac duymurlar. Bunun əvəzinə, kurslara gedirlər və 5-6 aylıq dərslər nəticəsində sertifikat alırlar. Əlbəttə, bu kursların müsbət cəhətləri çoxdur. Ancaq elə işlər var ki, onu kursla öyrənmək məqsədəuyğun sayılmır. Məsələn, tibb bacısı və əczaçılıq işlərinin kursla öyrədilməsi, xüsusilə həkimlər tərəfindən düzgün hesab edilmir.

Həmin mütəxəssislərdən biri də tibb mütəxəssisi, professor Adil Qeybulladır.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, tibb kurslarının olmasını doğru hesab etmir.

“Ali tibb təhsili Tibb Universitetində, tibb kolleclərində verilir. Digər tibb kurslarının verdiyi diplomlar qeyri-qanunidir. Heç bir hüquqi qüvvəsi yoxdur”.

“O diplomlar heç nəyə lazım deyil...”.

“Həmin kurslara aldanan şəxslər bilməlidir ki, o diplom müəyyən müddət sonra heç nəyə lazım olmayacaq. Çünki dövlət lisenziyalı tibb kollecini bitirməyən şəxs orta tibb işçisi ola bilməz”.


Müsahibimiz xəbərdarlıq edib ki, tibb kurslarının hüquqi əhəmiyyəti olmadığı üçün oranı bitirənlərin gələcəkdə işləmək imkan olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru